Sumqayıtda bina yandı

2 Noyabr 2025 18:12

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd elektrik sayğacı, 10 ədəd qoruyucu açar və 3 paq.m kabel yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a bildirilib ki, mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az