Salyanda “Haval” markalı minik avtomobili yanıb

2 Noyabr 2025 13:29

Salyan rayonunda (Ələt-Astara avtomobil yolunun 33-cü kilometrliyi) "Haval" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az