Aaron Remzi iti itirdiyi üçün Meksikadan ayrıldı

2 Noyabr 2025 14:06

Uelsli futbolçu Aaron Remzi Meksikanın "Pumas" klubundan ayrılıb.

Milli.Az-ın xəbərinə görə, Remzini bu qərara iti ilə bağlı baş verən xoşagəlməz hadisə vadar edib. Yarışçının iti yoxa çıxdığı üçün o, klubla müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.

Aaron Remzi bu ilin yayında "Pumas"a transfer olunmuşdu. Uels millisinin üzvü klubun heyətində 6 rəsmi matçda 1 qol vurub. Futbolçunun daha çox məşhurluğu isə "Arsenal"dakı çıxışları ilə bağlıdır.

Kənan
Milli.Az