Yaponlar plovu belə bişirir: Dən-dən olmasının sirri

2 Noyabr 2025 00:38

Artıq yapışqan, lapa plov dövrü bitir. Yaponların illərdir tətbiq etdiyi gizli "yuma üsulu" sayəsində plov dənə-dənə olur, həm görüntüsü, həm dadı möhtəşəmdir.

Milli.Az xəbər verir ki, yaponlara görə mükəmməl plovun sirri nə bahalı düyüdə, nə də ustalıqda gizlidir. Əsl sirr - düyü bişmədən öncə edilən sadə, amma vacib bir addımda - düzgün yuma texnikasındadır.

Usta aşpazların təqdim etdiyi o yumşaq, ətirli və dən-dən plovun arxasında, əslində çox sadə bir qayda dayanır.

Düyü yığından qablaşdırmaya qədər keçdiyi mərhələlərdə üzərində toz və çoxlu nişasta toplayır. Əgər düyü yuyulmadan bişirilərsə, bu nişasta bişmə zamanı yapışqan kütləyə çevrilir və nəticədə plov lapa və ağır olur.

Yapon mətbəxində demək olar ki, mərasim halına gətirilən düyü yuma prosesi əslində çox asandır və cəmi bir neçə dəqiqə çəkir.

1. Suyla qarışdırın:
Düyünü geniş bir qaba tökün və üzərinə soyuq su əlavə edin.

2. Yüngülcə ovalayın:
Əllərinizlə düyü dənələrini bir-birinə yüngülcə sürtün. Su dərhal ağaracaq - bu, artıq nişastanın ayrıldığını göstərir.

3. Təkrarlayın:
Bulanıq suyu süzün, yenidən soyuq su əlavə edin. Su demək olar ki, şəffaflaşana qədər - adətən 3-4 dəfə - bu prosesi təkrarlayın.

Bu sadə addım sayəsində düyü daha bərabər bişir, dibə yapışmır və ləzzətini tam saxlayır.

Dən-dən ayrıldığı üçün ədviyyatları və sousları daha yaxşı hopdurur, nəticədə plovun dadı daha zəngin olur.

Bişdikdən sonra düyü bir az yapışqan qalsa da, heç vaxt xəmir kimi olmaz - həm yeməsi asan, həm də təqdimatı daha gözəl olur.

Yaponiyada bu yuma mərhələsi, sadəcə bişirmə texnikası deyil - istifadə edilən ərzağa hörmətin və yeməyi yeyəcək insana göstərilən qayğının bir simvolu sayılır.

Bu üsul yalnız suşi kimi qısa dənəli düyülər üçün deyil, basmati və yasemin kimi uzun dənəli düyülər üçün də mükəmməl nəticə verir.

Lalə Qüdrətova
Milli.Az