Azərbaycanlı həkim Türkiyədə vəfat etdi

1 Noyabr 2025 22:23

Azərbaycanlı həkim Türkiyədə vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Psixiatriya Dərnəyi açıqlama yayıb. 

Bildirilib ki, həkim-mütəxəssis Fərqanə Abbasova dünyasını dəyişib. 

O, 2016-cı ildə Azərbaycan Tibb Universitetindən məzun olub. 2021-ci ildə İstanbul Universiteti - Cərrahpaşa Tibb Fakültəsi Psixi sağlamlıq və xəstəliklər ixtisasından məzun olub. Türkiyədə bir sıra xəstəxanalarda fəaliyyət göstərib.

Milli.Az