İsmayıllıda zəlzələ oldu

1 Noyabr 2025 19:00

İsmayıllıda 3.4 bal zəlzələ olub.

Milli.Az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb

Bildirilib ki, zəlzələnin dərinliyi 4 km-dir. Zəlzələ yerli vaxtla 18:03-də qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, Basqal, Lahıc qəsəbələrində, Əhən kəndində və ətraf yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Milli.Az