Kanadanın Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampdan üzr istədiyini təsdiqləyib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, baş nazir saxta antitarif reklam kampaniyası zamanı sabiq ABŞ prezidenti Ronald Reyqanın çıxışından istifadə edildiyinə görə Trampdan üzr istəyib.
"Prezidentdən üzr istədim. Bu reklam onu incitmişdi", - deyə Karni vurğulayıb.
Karni, həmçinin qeyd edib ki, reklam efirə buraxılmazdan qabaq onu görməyib və Ontario əyalətinin baş naziri Duq Forddan onu yayımlamamağı xahiş edib.
Milli.Az