Tramp Orbanın bu xahişini rədd etdi

1 Noyabr 2025 19:06

ABŞ Prezidenti Donald Tramp Macarıstan Baş naziri Viktor Orbanın şəxsi müraciətinə baxmayaraq, Budapeşt üçün "Rosneft" və "Lukoil" şirkətlərinə qarşı tətbiq edilən sanksiyalardan istisna etməyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Tramp "Air Force One" təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən danışıb.

ABŞ lideri Orbanın ona şəxsən müraciət etdiyini təsdiqləyib:

"O, bizdən istisna istədi. Biz vermədik, amma o, xahiş etdi".

Qeyd edək ki, Orban daha əvvəl bildirmişdi ki, noyabrın 7-də Tramp ilə görüşü zamanı ölkəsinin enerji asılılığı səbəbilə bu qərarı dəyişməyə nail olacağına ümid edir. O, Macarıstanın xammalın boru kəmərləri ilə idxalına tam bağlı olduğunu xatırladaraq, ABŞ-nin bu "xüsusi vəziyyəti" nəzərə almasını istəyib. Tramp isə vurğulayıb ki, ABŞ Rusiyaya qarşı sanksiyalarda heç bir ölkə üçün güzəşt etməyəcək.

Milli.Az