Amerikalılar bizə mesaj göndərdilər ki, belaruslar günahkardır və həm hakimiyyət, həm də Lukaşenko dərhal Litvadan üzr istəməlidirlər.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Litvanın hava məkanının Belarus tərəfindən pozulması ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.
O bildirib ki, Belarusun yalnız günahı sübuta yetirilərsə, üzr istəyəcək.
Qeyd edək ki, Litva ölkə ərazisinə Belarusdan olan qaçaqmalçılar tərəfindən helium şarlarının buraxıldığını bildirmişdi. Oktyabrın 29-da da Litva Belarusla sərhəddə avtomobillərin keçməsinə bir aylıq qadağa qoyub.
Milli.Az