Qurban Qurbanov Kadiyə əsəbiləşdi - VİDEO

31 Oktyabr 2025 23:03

Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilən "Qarabağ" - "İmişli" oyunu gərgin anlarla yadda qalıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, son çempion "Qarabağ"ın rəqibini 2:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada oyunun son dəqiqələrində komandanın futbolçusu Kadi Borgesin davranışı baş məşqçi Qurban Qurbanovu özündən çıxarıb.

Belə ki, braziliyalı futbolçu əvəzlənərkən meydanı gec tərk etdiyi üçün sarı vərəqə ilə cəzalandırılıb. Bu isə təcrübəli mütəxəssisin sərt reaksiyasına səbəb olub.

Xatırladaq ki, daha əvvəl UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda "Atletik"ə uduzan "Qarabağ"ın baş məşqçisi futbolçularının hücum zamanı etdiyi səhvə görə özündən çıxmışdı. Həmin anlar da sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.

Milli.Az