Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Vəfa Allahverdiyevanın məhkəmə araşdırması başa çatıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, Vəfa Allahverdiyeva dəymiş ziyanı ödədiyindən cinayət işinə xitam verilib. Onunla birgə mühakimə edilən Təranə Bağırovaya isə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd edək ki, V.Allahverdiyeva ötən ilin sentyabrına kimi Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun müavini işləyib. O, eyni zamanda icra hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsini icra edib.
Vəfa Allahverdiyeva həbsdə deyildi.
Milli.Az