Prezident fərman imzaladı

31 Oktyabr 2025 15:48

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nizamnaməsinə dəyişiklik edilib.

Milli.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, Agentliyin nizamnamə fondunun məbləği 6 milyon 783 min 392 manatdan 26 milyon 783 min 392 manata qaldırılıb.

Milli.Az