Azərbaycanlı məşhurların arxiv toy FOTOları gündəm oldu

31 Oktyabr 2025 13:09

Sosial mediada bir sıra məşhur azərbaycanlıların keçmiş toy fotoları paylaşılıb və izləyicilər arasında böyük marağa səbəb olub.

Milli.Az xəbər verir ki, arxiv şəkillər arasında aparıcılar, aktrisalar və müğənnilər yer alır.

Paylaşılan fotolarda tanınmış simaların toy günü görüntüləri və həmin dövrün dəbinə uyğun geyimləri diqqət çəkib. İzləyicilər arasında həm nostalji hissləri oyadan, həm də gülüş doğuran şərhlər yazılıb.

Bir çox istifadəçi məşhurların indiki görünüşü ilə toy günlərini müqayisə edərək "vaxt necə də tez keçib" fikrini bildirib, digərləri isə bəzilərinin toy günündəki sadə və təbii görüntülərini yüksək qiymətləndirib.

Sosial şəbəkələrdə bu tip paylaşımlar tez-tez gündəm olur, izləyicilər isə məşhurların keçmiş və indiki üslublarını müqayisə etməyi maraqlı hesab edirlər.

Milli.Az