Bu gün İqtisadiyyat.az-ın 7 yaşı tamam olur

31 Oktyabr 2025 12:06

Bu gün İqtisadiyyat.az xəbər portalının 7 yaşı tamam olur.

2018-ci ilin oktyabrın 31-də fəaliyyətə başlayan sayt müstəqil informasiya siyasəti həyata keçirən media subyektidir. 

Portal ölkədə və dünyada baş verən ictimai, siyasi, mədəni, sosial və iqtisadi hadisələri, eləcə də bank sektorundakı yenilikləri, maliyyə və biznes xəbərlərini oxuculara çatdırır.

Bundan başqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, reportajlar, müəllif yazıları, təhlil və araşdırmalar geniş oxucu kütləsinə təqdim olunur.

Həmkarlarımızı təbrik edir, fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq. 

Milli.Az