Azərbaycanda bu təşkilat bağlandı - rəhbəri vəfat edib - FOTO

31 Oktyabr 2025 10:38

Sənətşünaslığın Təbliği İctimai Birliyi fəaliyyətini dayandırıb.

Milli.Az xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, buna səbəb bir müddət əvvəl təşkilatın təsisçisi və sədrinin vəfat etməsidir. 

Məlumata görə, Əməkdar incəsənət xadimi, mərhum sənətşünas Ziyadxan Əliyevin 2017-ci ildən təsisçisi olduğu İctimai Birlik onun vəfatı ilə əlaqədar olaraq 2025-ci ildən fəaliyyətini dayandırıb.

Qeyd edək ki, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev bu ilin mart ayında dünyasını dəyişib. 

Milli.Az