“Toyota"da ciddi NASAZLIQ: 1,28 milyon avtomobil geri çağırılır

31 Oktyabr 2025 13:26

"Toyota Motor" proqram təminatında yaranan nasazlıqlar səbəbindən 1,28 milyondan çox avtomobili geri çağırır.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı Yaponiya Nəqliyyat Nazirliyi yayıb.

Bildirilib ki, "panoram görüntü" sisteminin idarəetmə proqramında mövcud olan texniki qüsur mühərrik işə salındıqdan dərhal sonra geriyə hərəkət zamanı avtomobilin ətraf mühitinin görüntüsünün təhrif olunmasına səbəb ola bilər. Bu hal isə təhlükəsizlik tələblərinin pozulması riskini artırır.

Geri çağırılan modellər arasında "Toyota Voxy", "Toyota RAV4", "Toyota Prius", eləcə də "Lexus RX350", "Lexus RX450", "Lexus LS500" və digər avtomobillər yer alır.

Şirkət proqram təminatındakı problemi aradan qaldırmaq üçün texniki tədbirlərə başlayıb.

Hüseyn
Milli.Az