Qüdsdə 200 min yəhudi nümayişə qalxdı - Ölən və yaralananlar var - FOTO

31 Oktyabr 2025 11:07

İsraildə on minlərlə ultra-ortodoks (Haredi) yəhudi hərbi xidmətə çağırışın tətbiqinə qarşı etiraz aksiyası keçirib.

Milli.Az xəbər verir ki, "Milyon Yürüşü" adlandırılan aksiya Qərbi Qüdsdə, Yitzhak Navon qatar stansiyası yaxınlığında təşkil olunub. Etirazçılar Haredi kişilərini hərbi xidmətdən azad edən qanun tələb edib, bir neçə küçə və yolu bağlayıblar.

Nümayiş zamanı bir etirazçının öldüyü, üç polis əməkdaşının isə yaralandığı bildirilib. Gərginlik səbəbindən Qərbi Qüdsdə qatar xidməti dayandırılıb, bəzi yollar nəqliyyat üçün bağlanıb.

İsrail polisi şəhərdə təhlükəsizliyi təmin etmək üçün iki minə yaxın əməkdaş yerləşdirib. Aksiyanın son illərdə İsraildə keçirilən ən böyük etirazlardan biri olduğu qeyd olunur.

Etirazlar İsrail Ali Məhkəməsinin Haredi kişilərinin hərbi xidmətdən azad edilməsinin hüquqi əsasının olmadığını bəyan etməsindən sonra başlayıb.

Fidan
Milli.Az