Məşhur aktyor böyrəyini bağışladı - FOTO

31 Oktyabr 2025 10:30

Hollivud aktyoru Cessi Eyzenberq tanımadığı şəxsə böyrəyini bağışlayır.

Milli.Az xəbər verir ki, "Sosial şəbəkə" və "İlluziya" filmlərindəki rolları ilə tanınan amerikalı aktyor Cessi Eyzenberq insanlıq nümunəsi göstərərək tanımadığı şəxs üçün böyrək donoru olmağa qərar verib.

Məlumata görə, aktyor bu addımı tam könüllü şəkildə atıb və heç bir maddi və ya şəxsi marağı yoxdur. O, qərarını altruizmə əsaslanan orqan donorluğunun cəmiyyətdə daha çox yayılması üçün nümunə olmaq məqsədilə verdiyini bildirib.

Eyzenberq yaxın çevrəsinə açıqlamasında deyib ki, "insan həyatını xilas etmək imkanı varsa, bundan imtina etmək olmaz".

İsmayıl
Milli.Az