Qusarda müharibə iştirakçısı saxlanıldı - FOTO

31 Oktyabr 2025 09:41

Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı "Volksvagen" markalı nəqliyyat vasitəsinin sürücüsü, 2-ci Qarabağ müharibəsi iştitakçısı 28 yaşlı Rəfael Fərmanov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb.

Milli.Az xəbər verir ki, müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu məlum olub.

R.Fərmanovun barəsində pratokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Milli.Az