Bu ərazilərdə qaz kəsiləcək - saat 10:00-da

31 Oktyabr 2025 09:22

Suraxanı rayonu, Hövsan Qaz Tənzimləyici Məntəqəsində də aşkar olunmuş qaz sızmalarının ləğv olunması ilə əlaqədar bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə Hövsan qəsəbəsi, Hövsan Bağlar yaşayış sahəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az