Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru vəzifəsindən ayrılıb.
Milli.Az xəbər verir ki, xəstəxananın rəhbəri, tibb üzrə fəlsəfə doktoru Fariz Babayev öz istəyi ilə vəzifəsini tərk edib.
Xatırladaq ki, Səhiyyə Nazirliyinin baş nefroloqu olan Fariz Babayev 1963-cü ildə Lənkəranda anadan olub.
O, 2003-2021-ci illər ərzində Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinə rəhbərlik edib və 2006-cı ildən Avropa Nefroloqlar və Dializ Assosiasiyasının üzvüdür.
Bundan əlavə, Fariz Babayev musiqiyə marağı ilə də tanınır. O, şair Həbib Səfərovun sözlərinə yazılmış və Cavad Rəcəbovun ifasında məşhurlaşan "Lənkəran" mahnısının bəstəçisidir. Bu mahnı artıq Lənkəranın simvollarından biri hesab olunur.
Milli.Az