Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti uzadıldı

30 Oktyabr 2025 21:47

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin uzadılması haqqında qanunları imzalayıb.

Milli.Az xəbər verir ki, müvafiq məlumat Ukrayna parlamentinin teleqram kanalında dərc olunub.

"Volodimir Zelenski 2025-ci il noyabrın 5-dən hərbi vəziyyətin və ümumi səfərbərliyin 90 gün uzadılmasını nəzərdə tutan qanunları imzalayıb", - məlumatda deyilir.

Milli.Az