Məşhur türk aktris Hande Erçel və İngiltərə futbolunun əfsanəvi siması Devid Bekhem yeni reklam layihəsində bir araya gəlib. Onlar Qətərin hazırladığı reklam filmində rol alıblar.
Milli.Az xəbər verir ki, çəkilişləri başa çatan və yaxın günlərdə yayımlanması gözlənilən reklam filmi, fərqli sahələrdə dünya miqyasında tanınan iki ulduzun bir araya gəlməsi ilə diqqət çəkib.
Layihənin məzmunu barədə hələlik ətraflı məlumat verilməyib.
Lalə Qüdrətova
Milli.Az