Mayonezlə bağlı şok araşdırma – Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:05

Mayonez dünyanın ən çox istifadə olunan souslarından biridir. Onu salatlarda, sendviçlərdə, qəlyanaltılarda və hətta qızartmalarda görmək adi haldır. Lakin yeni araşdırmalar bu iştahaaçan sousun arxasında sağlamlıq üçün ciddi təhlükələr gizləndiyini üzə çıxarıb.

Milli.Az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, sənaye üsulu ilə istehsal olunan mayonezin tərkibində çoxlu konservantlar, dad gücləndiriciləri, şəkər və trans yağlar var. Bu maddələr "pis" xolesterinin səviyyəsini artırır, damar divarlarını zədələyir və ürək-damar xəstəlikləri riskini yüksəldir.

Yüksək kalorili və yağlı tərkibi səbəbindən mayonezin tez-tez istifadəsi maddələr mübadiləsini pozur, piylənmə, şəkərli diabet və yüksək təzyiq kimi problemlərə yol aça bilər.

Həkimlər həmçinin xəbərdarlıq edir ki, isti yeməklərlə birlikdə mayonez yemək xüsusilə təhlükəlidir. Çünki qızdırıldıqda bitki yağları zəhərli birləşmələrə çevrilir və bu maddələr qaraciyər və böyrəklərə zərər verə, iltihabi proseslər yarada bilər.

Digər bir təhlükə isə qida asılılığıdır - istehsalçılar duz, şəkər və yağ nisbətini elə tənzimləyirlər ki, insan daha çox yemək istəsin. Bu da mayonezdən imtinanı çətinləşdirir.

Ekspertlər bildirirlər ki, hətta evdə hazırlanmış mayonez də tam təhlükəsiz deyil. Onun tərkibində çoxlu yağ olur və bu məhsul tez xarab olduğu üçün qida zəhərlənməsi riski daşıyır.

Sağlam qidalanma üçün həkimlər təbii yoqurt, limon şirəsi ilə zeytun yağı, avokado püresi kimi alternativ souslardan istifadə etməyi məsləhət görürlər.

Mayonez - dadlı olsa da, səssiz şəkildə orqanizmə zərər vuran məhsuldur. Ondan imtina etmək, əslində, sağlam gələcək üçün atılan ağıllı addımdır.

Fidan
Milli.Az