Türkiyənin 5 dəfə dünya çempionu olan keçmiş motosikletçisi Kenan Sofuoğlunun oğlu Zayn Sofuoğlu yenidən sosial mediada müzakirə mövzusuna çevrilib.
Milli.Az xəbər verir ki, 5 yaşlı Zaynın atasının nəzarəti altında yüksək sürətlə avtomobil idarə etdiyi görüntülər sosial şəbəkələrdə yayılıb.
Kadrlarda azyaşlının kiçik ölçülü idman avtomobilini peşəkar sürücü kimi idarə etməsi izləyiciləri həm təəccübləndirib, həm də narahat edib.
.png)
Sosial mediada bir çox izləyici bu cür görüntülərin uşağın təhlükəsizliyi baxımından riskli olduğunu qeyd edib. Digərləri isə Kenan Sofuoğlunun oğlunu erkən yaşdan yarış dünyasına hazırladığını və onun "balaca pilot" kimi yetişdiyini yazıblar.
Qeyd edək ki, Zayn Sofuoğlu daha əvvəl də motosiklet sürdüyü və yarış trasında atası ilə birgə məşq etdiyi videolarla gündəmə gəlmişdi. Kenan Sofuoğlu isə oğlu ilə bağlı tənqidlərə cavab olaraq, bütün hərəkətlərin nəzarət altında və təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçirildiyini bildirmişdi.
Musa
Milli.Az