Kremldən Trampın nüvə ilə bağlı bəyanatına CAVAB

30 Oktyabr 2025 17:11

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ prezident Donald Trampın bəyanatlarından əvvəl Rusiyaya yeni nüvə silahı sınaqları keçirmək planları barədə məlumat verməyib.

Milli.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Eyni zamanda Kreml nümayəndəsi vurğulayıb ki, bu, ABŞ-nin suveren qərarı olsa da, Rusiya tərəfi bu addıma cavab verə bilər, çünki bu, mövcud moratoriumları pozur.

"Mən Rusiya prezidenti Vladimir Putinin dəfələrlə təkrarlanan bəyanatını xatırlatmaq istərdim: təbii ki, kimsə moratoriumdan imtina edərsə, Rusiya da buna uyğun hərəkət edəcək", - Peskov bildirib.

Fidan
Milli.Az