Rusiya polisi toy karvanında atəş açmaqda şübhəli bilinən şəxsləri saxlayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə Rusiya Federasiyasının Mari El Respublikasının Yoşkar Ola şəhərinin küçələrində baş verib.
"Mari El Respublikasının DİN əməkdaşları araşdırma aparıblar. Şübhəli şəxslər "xolostoy" tapançalardan atəş açıblar, həmin silahlar onlar şəhərdən çıxarkən saxlanıldıqdan sonra müsadirə edilib. Xuliqanlıq əməllərində şübhəli bilinən şəxslər saxlanılıb", - məlumatda deyilir.
Hər iki sürücü barəsində Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 12.37 və 12.2-ci maddələri ilə inzibati protokollar tərtib edilib. İstintaq materialları əlavə hüquqi qiymətləndirmə üçün istintaq orqanlarına göndərilib. Hadisənin bütün detallarının aydınlaşdırılması üçün təhqiqat aparılır.
Qeyd edək ki, həmin şəxslərin azərbaycanlılar olduğu bildirilir.
Milli.Az