Rusiyada itkin düşən azərbaycanlı iş adamı ölü tapıldı - FOTO

30 Oktyabr 2025 12:16

Rusiyanın Sverdlovsk vilayətində bir neçə gün əvvəl itkin düşən azərbaycanlı iş adamı İlqar Xanadanov ölü halda tapılıb.

Milli.Az Rusiya mediasına istinadən xəbər verir ki, 49 yaşlı iş adamı 24 oktyabr tarixində Zareçnı şəhərində itkin düşmüşdü. Onun axtarışları beş gün davam edib və nəticədə ailəsinə meyitinin tapıldığı barədə məlumat verilib.

Məlumata görə, hadisənin qətl olduğu artıq təsdiqlənib və bu istiqamətdə istintaq tədbirləri aparılır.

İş adamının həyat yoldaşı Tatyana Xanadanova bildirib ki, vida mərasimi Zareçnı şəhərində təşkil olunacaq, daha sonra isə mərhumun meyiti Azərbaycana gətirilərək doğmaları yanında dəfn ediləcək.

Kənan
Milli.Az