"Erkən yaşdan siqaretə başlamaq impotensiya yaradır"

30 Oktyabr 2025 23:12

Siqaret çəkməyə erkən yaşda başlamaq 30 yaşında impotensiya riskini artırır.

Milli.Az xəbər verir ki, bunu rusiyalı psixiatr və narkoloq Ruslan İsaev deyib.

Onun sözlərinə görə siqaret və digər tütün məhsulları qan damarlarını birbaşa zədələyir. Erkən yaşda, xüsusən yeniyetməlik dövründə başlayan siqaret vərdişi damar sisteminin normal inkişafını pozur, onların elastikliyini azaldır və erkən "yaşlanmasına" səbəb olur.

Həkim vurğulayır ki, ereksiya əsasən sağlam damarların işinə bağlıdır, yəni cinsiyyət üzvünə qan axınının sürətlə artması nəticəsində baş verir. Nikotin və tütün tüstüsündəki digər maddələr damarların daxili qatını, endotelini zədələyir, bu da uzun müddətdə erektil funksiyanın pozulmasına gətirib çıxara bilər.

Bundan əlavə, siqaret testosteron səviyyəsini aşağı sala bilər, hansı ki, bu hormon libidonu və ereksiya funksiyasını tənzimləyir. Yeniyetməlik və gənclik dövrü hormonal sistemin formalaşdığı vaxtdır və bu dövrdə siqaretin xroniki təsiri gələcəkdə problemlərin yaranmasına zəmin yaradır.

Həkim qeyd edir ki, 16 yaşdan siqaret çəkməyə başlayan şəxslərdə 30-35 yaşlarında damar sistemi 25 yaşdan sonra başlayanlarla müqayisədə daha pis vəziyyətdə olur. Nəticədə, bu qrupda erektil disfunksiyanın vaskulyar forması daha erkən yaşda ortaya çıxmaq ehtimalı yüksəkdir.

İsmayıl
Milli.Az