ABŞ-ın Nyu-York şəhərində federal məhkəmə İranın dəstəyi ilə həyata keçirilməyə çalışılan uğursuz sui-qəsd planına görə iki azərbaycanlını 25 il müddətinə azadlıqdan məhrum edib.
Milli.Az xəbər verir ki, onlar ABŞ-da yaşayan tanınmış iranlı dissident və jurnalist Məsih Əlinəcada qarşı planlaşdırılan sui-qəsddə iştirakda təqsirli biliniblər.
.jpg)
Məhkəmə sənədlərinə əsasən, 46 yaşlı Rəfat Əmirov və 41 yaşlı Polad Ömərov İranın maraqları naminə Əlinəcadı qətlə yetirməyi planlaşdırıblar. Prokurorlar bu hadisəni "Tehranın ABŞ ərazisində siyasi opponentlərinə qarşı həyata keçirmək istədiyi uğursuz sui-qəsd planı" kimi xarakterizə ediblər.
Xatıqladaq ki, 45 yaşlı Məsih Əlinejad 2009-cu ildə İrandan qaçıb. O, 2014-cü ildən etibarən sosial mediada İranlı qadınları hicab taxmaq məcburiyyətinə qarşı çıxmağa təşviq edən kampaniyaları ilə tanınıb. Onun X-də 500 mindən, İnstaqramda isə 8 milyondan çox izləyicisi var.

Qeyd edək ki, R.Əmirov və P.Ömərov kriminal avtoritet kimi tanınırlar.
Fidan
Milli.Az