Ağstafada qadın sahibkara qarşı bıçaqlı hücum olub.
Milli.Az xəbər verir ki, hadisə oktyabrın 28-i axşam saatlarında rayonun Vurğun qəsəbəsində yerləşən kafedə baş verib.
Məlumata görə, kafenin icarədarı, 1982-ci il təvəllüdlü Esmira Kiçikova iş yerində naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı qadın dərhal Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona tibbi yardım göstərilib.
Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qazax rayon sakini, 30 yaşlı Elmin Qocayev saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Milli.Az