33 ildən sonra ilk dəfə - Nüvə silahları sınaqdan KEÇİRİLƏCƏK

30 Oktyabr 2025 15:49

ABŞ Prezidenti Donald Tramp 33 illik fasilədən sonra ölkədə nüvə silahı sınaqlarının yenidən başlayacağını açıqlayıb.

Milli.Az xəbər verir ki, Tramp bu qərarı Cənubi Koreyada Çin lideri Si Cinpinlə keçirəcəyi yüksək səviyyəli görüşdən az əvvəl verib.

Tramp cümə axşamı səhər Truth Social platformasında paylaşım edərək Pentaqona nüvə silahı sınaqlarını bərpa etmək tapşırığı verdiyini bildirib.

"Digər ölkələrin sınaq proqramlarına görə, mən Hərbi Nazirliyə nüvə silahlarımızı bərabər əsasda sınaqdan keçirməyə başlamağı tapşırmışam. Bu proses dərhal başlayacaq," - deyə o yazıb.

Qeyd edək ki, ABŞ sonuncu dəfə 1992-ci ildə nüvə sınağı həyata keçirib. Həmin vaxt Prezident Corc H. V. Buş sınaqların dayandırılması barədə moratorium imzalamışdı. Trampın qərarı bu moratoriumu faktiki olaraq aradan qaldırır və ABŞ-ın nüvə strategiyasında yeni mərhələnin başlanğıcını qoyur.

Fidan
Milli.Az