Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin görüşüb. Görüş nəticəsində bəzi mühüm qərarlar qəbul edilib.
Milli.Az xəbər verir ki, Çin malları üçün gömrük rüsumu 10 faiz endirilib.
Bu barədə ABŞ Prezidenti Donald Tramp görüşdən qayıdarkən "Air Force One" təyyarəsində jurnalistlərə açıqlamasında bildirib.
"Bildiyiniz kimi, mən Çindən idxal olunan mallara, ölkəyə gətirilən [narkotik maddə] fentanil səbəbindən, 20 faiz rüsum tətbiq etmişdim. Bu, böyük bir rüsumdur. (...) Mən onu 10 faiz endirdim", - Tramp bildirib.
Onun sözlərinə görə, Pekin fentanil axınının qarşısını almaq istiqamətində işləyəcək. ABŞ Prezidentinin qeyd etdiyinə görə, Çin üçün tariflərin ümumi səviyyəsi bundan sonra 47 faiz təşkil edir.
ABŞ prezidenti həmçinin qeyd edib ki, aprel ayında Çinə səfər etməyi planlaşdırır, bundan sonra isə Si Cinpinin ABŞ-a cavab səfəri baş tuta bilər.
Fidan
Milli.Az