Məşhur xanəndə duet ortağı ilə SEVGİLİDİR? - özləri aydınlıq gətirdi

30 Oktyabr 2025 12:30

Əməkdar artist Nigar Şabanova və müğənni Vasif Əzimov "Öz aramızda" verilişində  qonaq olublar.

Milli.Az xəbər verir ki, birlikdə duet səsləndirən sənətçilər səslənən iddialara özləri aydınlıq gətiriblər.

Xanəndə xanım bu sözlərlə fikirlərini dilə gətirib:

"Bu barədə sualları eşitmirəm. Heç cavab da vermirəm. Mən hələ oxuyanda Vasifə deyirəm ki, arada üzümə bax, kameralar üçün oxumursan. Demişəm, bir də gördün yanından çıxıb getmişəm, tək oxuyacaqsan. Səhnədə obrazlar yaradıb, insanlara o mahnını yaşatmalısan. Ayrılıqdan oxuyuruqsa, ona uyğun obraz, sevgidən həmçinin ekran qarşısındakı tamaşaçı onu yaşasın. Mahnını o cür sevdirə bilərsən". 

Onun bu sözlərinə duet həmkarı Vasif Əzimov da dəstək verib.

Milli.Az