Bakıda bu binalar plana düşdü: Sakinlərə kompensasiya, yeni mənzillər veriləcək

29 Oktyabr 2025 22:27

Bakıda daha bir ərazidə binalar plana düşüb, söküntü işlərinə başlanır.

Milli.Az xəbər verir ki, söhbət paytaxtın Nizami rayonundakı istismar müddətini başa vurmuş 5 mərtəbəli bir neçə yaşayış binasından gedir.

Köhnə tikili binaların sökülməsi sakinlər tərəfindən müsbət qarşılanır.

Layihəni həyata keçirən "Kursus Nizami" MTK-dan bildirilib ki, ərazidə 5 binanın söküntüsü baş tutacaq. 5 mərtəbəli köhnə binaları yeni 16 mərtəbəli binalar əvəzləyəcək.

Sakinlərlə müqavilələr bağlanıb, buna uyğun olaraq bəziləri kompensasiya, bəziləri də inşa olunacaq yeni binadan mənzillərlə təmin olunacaqlar.

Milli.Az