Nə bağ, nə də torpaq tələb etmir: Bir dəfə ək, il boyu məhsul yığ

30 Oktyabr 2025 08:41

Nə bağa, nə torpağa ehtiyac var... Sadəcə bir dəfə dibçəyə əkərək bütün il boyu məhsul əldə edə bilərsiniz. Həm yeməklərə, həm də salatlara ləzzət və təravət qatan bu tərəvəz həm yetişdirməsi asan, həm də çox ucuzdur.

Milli.Az xəbər verir ki, süfrələrin sevimlisi olan yaşıl soğan təkcə bağlarda deyil, həm də balkonlarda və ev şəraitində çox asan üsulla yetişdirilə bilər. 

Mütəxəssislərin sözlərinə görə, düzgün qulluq edildikdə balkonda soğan yetişdirənlər il boyu fasiləsiz məhsul yığa bilərlər.

Yaşıl soğan yenidən cücərmə qabiliyyətinə görə evdə yetişdirilməsi ən praktik tərəvəzlərdən biridir. Salatlarda, səhər yeməklərində və yeməklərdə tez-tez istifadə olunan bu tərəvəz, artıq bazara getmədən evdə təbii və təzə şəkildə əldə oluna bilər.

Dibçəkdə yetişdirilən soğanın ən böyük üstünlüyü müntəzəm məhsul verməsidir. Sadəcə bir dəfə əkildikdə, mütəmadi suvarma və günəş işığı sayəsində qısa zamanda yenidən böyüyür.

Lalə Qüdrətova
Milli.Az