Bloger Hüseyn Həsənovun yeni paylaşımı gündəm olub.
Milli.Az xəbər verir ki, bloger 1 aydır sosial şəbəkə hesabındakı durğunluğun səbəbini açıqlayıb.
Hüseyn saçəkdirmə əməliyyatı etdirib. "Bir çəkiliş zamanı başa düşdüm ki, artıq vaxtıdır. Bəli, bu bir əməliyyat idi - saç əkdirdim. Həkimdən xahiş etdim ki, başımı tam keçəl etməsin. Bundan sonra qərar verdim ki, bir ay sosial şəbəkədən uzaq qalım", - deyə bloger qeyd edib.
Onun bu paylaşımı izləyicilər tərəfdən böyük maraqla qarşılanıb.
Lalə Qüdrətova
Milli.Az