Çin və ABŞ liderlərinin görüşəcəyi tarix AÇIQLANDI

29 Oktyabr 2025 19:17

Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp oktyabrın 30-da Cənubi Koreyanın Pusan şəhərində görüşəcək.

Milli.Az xəbər verir ki, görüşdə tərəflər Çin-ABŞ münasibətləri, eləcə də qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər.

Tramp bildirib ki, danışıqlar zamanı Çinin Rusiya nefti alımını azaltması və Ukraynadakı vəziyyətin nizamlanması mövzuları da gündəmdə olacaq.

Asya
Milli.Az