Narkotacirlərə qarşı qanlı əməliyyat: 64 nəfər öldürüldü, 81 nəfər həbs edildi - FOTOlar

29 Oktyabr 2025 11:31

Braziliya tarixində ən böyük narkotik əməliyyatı həyata keçirilib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, 2500 polis əməkdaşının iştirak etdiyi əməliyyatda təhlükəsizlik qüvvələri silahlı müqavimətlə qarşılaşıb, nəticədə dörd polis əməkdaşı da daxil olmaqla 60 nəfər ölüb, azı 81 nəfər saxlanılıb. Rio-de-Janeyro ştatının qubernatoru Klaudio Kastro sakinlərə evdə qalmağı tövsiyə edib.

Əməliyyatın məqsədi "Comando Vermelho" cinayətkar təşkilatının yayılmasının qarşısını almaq olub.

Təhlükəsizlik qüvvələri 32 zirehli texnikanın dəstəyi ilə Rio-de-Janeyronun şimalındakı Alemao və Penha bölgələrinə daxil olub.Ən azı 81 nəfəri saxlanılıb və bunun ştat tarixindəki ən əhatəli əməliyyat olduğu bildirilib.

Fidan
Milli.Az