Salyanda qadın sürücü baba və nəvəni vurdu

29 Oktyabr 2025 10:40

Salyan rayonunda yol qəzası qeydə alınıb.

Milli.Az xəbər verir ki, hadisə rayon mərkəzində baş verib.

Məlumata görə, şəhər sakini Ş. Əliyeva idarə etdiyi avtomobilin sükanına nəzarəti itirərək yolu keçən piyada İ. Həsənova və onun azyaşlı nəvəsinə çırpılıb.

Nəticədə hər iki piyada müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır./oxu.az

Milli.Az