Bakıda qadın həbsdə olan ərinə metamfetamin keçirmək istədi - FOTO

29 Oktyabr 2025 10:25

Bakıda 13 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Milli.Az-a Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib.

Bildirilib ki, məhkuma həyat yoldaşının göndərdiyi bağlamaya baxış keçirilən zaman gödəkçənin cibində gizlədilmiş bükülülərdə 1,860 qram heroin və 0,498 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az