Türkiyədə daha bir bina çökdü - 7 nəfər uçqunda qaldı - FOTO

29 Oktyabr 2025 09:52

Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda bu səhər faciəvi hadisə baş verib.

Milli.Az xəbər verir ki, Güzeller adlı məhəllədə yerləşən 6 mərtəbəli bina naməlum səbəbdən qəfil çöküb.

Hadisə yerinə AFAD, xilasetmə və yanğınsöndürmə qrupları cəlb olunub. Axtarış-xilasetmə əməliyyatları davam edir.

Gebze Bələdiyyə Başçısı Zinnur Büyükgöz hadisə ilə bağlı açıqlama verib:

"Dağıntıların altında yeddi nəfər var. Onların vəziyyəti barədə hələlik heç bir məlumatımız yoxdur," - deyə Büyükgöz bildirib.

Hazırda əraziyə təcili tibbi yardım briqadaları və polis əməkdaşları da yönləndirilib. 

Fidan
Milli.Az