Asiyanın ən zəngin ailəsi 20 avtomobillik karvanla Dubayda gəzir - VİDEO

1 Noyabr 2025 15:49

Asiyanın ən varlı ailələrindən olan Ambani ailəsi Dubayda 20 avtomobildən ibarət möhtəşəm karvanla səyahət edərkən böyük təəssürat yaradıb.

Milli.Az xəbər verir ki, hindistanlı milyarder, "Reliance Industries" şirkətinin sahibi Mukeş Ambaninin ailəsinin şəhər boyunca hərəkəti zamanı çəkilən görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb və geniş müzakirələrə səbəb olub.

Məlumata görə, karvanın tərkibində Rolls-Royce Cullinan, Bentley Bentayga, Mercedes-Maybach kimi bahalı avtomobillər yer alıb. Təhlükəsizlik məqsədilə konvoyda "bomb-proof" (partlayışa davamlı) avtomobillərin də olduğu bildirilir.

Ailənin kiçik oğlu Anant Ambaninin Dubayda alış-veriş mərkəzlərini ziyarət etdiyi zaman müşayiət olunduğu bu karvanın dəyərinin on milyonlarla dollar olduğu iddia olunur.

Lüks avtomobillərdən ibarət karvan Dubay küçələrində hərəkət edərkən sakinlər və turistlər tərəfindən videoya çəkilib. Həmin görüntülər "TikTok", "Instagram" və "X" kimi platformalarda milyonlarla baxış toplayıb.

Sosial mediada istifadəçilərin bəziləri Ambani ailəsinin zənginliyinə heyranlıqlarını ifadə etsələr də, digərləri bu nümayişi "həddindən artıq təmtəraqlı" adlandırıblar.

Qeyd edək ki, Mukeş Ambani hazırda Asiyanın ən zəngin insanı sayılır və sərvətinin 120 milyard dollardan çox olduğu bildirilir.

Musa
Milli.Az