İlham Əliyev Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə paylaşım edib - FOTO

28 Oktyabr 2025 22:19

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Türkiyə Respublikasının milli bayramı - Respublika Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.

Milli.Az xəbər verir ki, paylaşımda deyilir:

"Əziz Qardaşım,

Qardaş Türkiyə Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram".

Milli.Az