"Toyda 26 min dollar şabaş yığdım" - məşhur azərbaycanlı müğənni - FOTO

28 Oktyabr 2025 17:47

Müğənni İbrahim Borçalı maraqlı açıqlama verib.  

Milli.Az xəbər verir ki, toy məclislərinin birində qazandığı məbləği açıqlayıb.

O, iştirak etdiyi bir toydan 26 min dollar şabaş yığdığını bildirib:

"Kiyevdə toya getmişdim. 8 min manat qonorar istəmişdim. Toy sahibi bir paçka pul verdi. Xanımı dedi ki, vermə. Kişi də acığa lap çox verdi. Həmin toyda 26 min dollar yığdım".

Musa
Milli.Az