Çin Anhui əyalətinin Hefei şəhərində yeni nəsil nüvə sintezi reaktoru - BEST (Yüksək Məhdudiyyətli Eksperimental Tokamak Reaktoru) layihəsinin inşasına start verilib. "Süni Günəş" adlandırılan bu reaktor limitsiz və təmiz enerji istehsalını hədəfləyir və 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
Milli.Az xəbər verir ki, Reaktor Günəşin enerji istehsalı prinsipinə bənzər nüvə sintezi texnologiyası ilə işləyəcək. Bu proses zamanı hidrogen nüvələrinin birləşməsi nəticəsində helium əmələ gəlir və enerji buraxılır. Ən önəmlisi, bu üsul uzunömürlü radioaktiv tullantı yaratmadan enerji istehsal etməyə imkan verir.
.jpg)
Tokamak tipli qurğuda baş tutacaq füzyon prosesi zamanı plazma 150 milyon dərəcədən çox temperatura qədər qızdırılacaq - bu, Günəşin nüvəsindən belə yüksəkdir. Məqsəd atom nüvələrinin birləşməsi üçün tələb olunan şəraiti yaradaraq elektrik enerjisi hasil etməkdir.
Çin daha əvvəl 2021-ci ildə EAST reaktoru ilə 120 milyon dərəcə Selsidə plazmanı 101 saniyə saxlayaraq dünya rekordu qırmışdı. Yeni BEST layihəsi isə bu uğurun davamı olaraq, real enerji istehsalı məqsədi daşıyır.
Layihə tamamlandıqdan sonra Çin davamlı enerji mənbəyinə çevrilə bilən işlək "Süni Günəş" yaradan ilk ölkə ola bilər.
Fidan
Milli.Az