Trendyol Super Liqa təmsilçisi Gençlerbirliyi yeni baş məşqçi məsələsində mühüm addım atıb.
Milli.Az xəbər verir ki, komandanın mətbuat sözçüsü Aykut Çakmaklı Anadolu Agentliyinə verdiyi açıqlamada Volkan Dəmirəl ilə baş məşqçi postu üçün prinsipial razılıq əldə olunduğunu bildirib:
"Volkan Dəmirəl ilə prinsipial razılıq əldə edildi. O, Ankaraya gəlir. Yekun razılaşma üçün son danışıqlar aparılacaq və imzalanma bu gün və ya sabah baş tutacaq" .
Beləliklə, Volkan Dəmirəl yaxın günlərdə Gençlerbirliyi klubunun yeni baş məşqçisi kimi vəzifəyə gətirilə bilər.
Milli.Az