BMW X7-nin iştirakı ilə dəhşətli QƏZA - VİDEO

28 Oktyabr 2025 16:10

Rusiyanın ikinci ən böyük şəhəri olan St. Peterburqda BMW X7 markalı avtomobilin iştirakı ilə baş vermiş dəhşətli qəza baş verib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək yol kənarındakı avtomobillərə çırpılıb və piyadaların hərəkət etdiyi səkiyə çıxıb.

Nəticədə bir neçə nəfər zərər çəkib. Qəzanın dəqiq səbəbləri və sürücünün vəziyyəti barədə hələlik məlumat verilməyib.

Hadisə yerinə dərhal təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Zərər çəkənlər yaxınlıqdakı xəstəxanalara aparılıb və müalicə altına alınıblar. Hadisənin baş verdiyi ərazidə polis tərəfindən araşdırmalar davam etdirilir.

Musa
Milli.Az