ABŞ Prezidenti Donald Tramp öz administrasiyasının beynəlxalq siyasətdə əldə etdiyi uğurlardan danışıb.
Milli.Az xəbər verir ki, Tramp açıqlamasında səkkiz ay ərzində səkkiz müharibənin dayandırıldığını bildirib:
"Səkkiz ay ərzində səkkiz müharibəyə son qoydum. Tanıdığımız prezidentlərdən heç biri müharibələrə son qoymayıb, əksinə, onların çoxu müharibələrə başlayıb. Buraya Kosovo və Serbiya, Konqo və Ruanda, Pakistan və Hindistan, İsrail və İran, Misir və Efiopiya, Ermənistan və Azərbaycan daxildir. Və məhz bu ay Yaxın Şərqdə, Qəzzada müharibəyə son qoyduq".
Tramp əlavə edib ki, bu yaxınlarda Malayziyada Kamboca və Tayland arasında sülh sazişi imzalanıb:
"Milyonlarla insanın həyatını xilas etdik və bunu əsasən sözlərlə bacardıq. Tariflər və ticarət siyasəti artıq "müharibələrə son qoymaqda" əsas vasitələrə çevrilib".
Milli.Az