Pakistan hava məkanını bağlayır

28 Oktyabr 2025 16:53

Pakistan 28 və 29 oktyabr tarixlərində Hindistanla sərhəddə yerləşən Pəncab və Sind vilayətlərində hava məkanını bağlayacaq.

Milli.Az xəbər verir ki, Pakistan Milli Aviasiya İdarəsi bu barədə məlumat yayıb.

Məlumata görə, qərar Hindistanın Racastan və Qucarat ştatlarında keçirilən genişmiqyaslı hərbi təlimlərlə əlaqədardır.

Milli.Az